Hazırda İran-İsrail münaqişəsinin həlli ilə bağlı Rusiyanın təklifi müzakirə olunur.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında bildirib.
Onun sözlərinə əsasən, Rusiya İran-İsrail münaqişəsində vasitəçi olmaqda israrlı deyil: “Biz vasitəçilik axtarmırıq, ideyalar təklif edirik”.
Putin xatırladıb ki, bu yaxınlarda münaqişənin mümkün həlli ilə bağlı öz baxışını tərəflərə təqdim edib.
Azinformasiya.az