Putin: Biz öz məqsədimizə çatanda Ukraynada sülh olacaq

Biz öz məqsədimizə çatanda Ukraynada sülh olacaq.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

Onun sözlərinə əsasən, Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın məqsədi dəyişməyib.

“Biz Ukraynada öz məqsədimizə çatanda sülh olacaq. Məqsədimiz isə dəyişilməyib. Bu, əvvəlki kimi Ukraynanın denazifikasiya və demilitirizasiyasıdır”, deyə Putin vurğulayıb.

Rusiya lideri ölkədə səfərbərliyin ikinci dalğasının olub-olmayacağına da aydınlıq gətirib:

“Bizdə qismən səfərbərlik oldu. Həmin səfərbərlik çərçivəsində 300 min nəfər orduya çağırıldı. Həmin insanlar möhtəşəm döyüşürlər. Onlardan 14 nəfəri Rusiya qəhrəmanı adını alıb”.

Putin bildirib ki, səfərbərlikdən əlavə ölkə vətəndaşları könüllü şəkildə də orduya yazılırlar və onların sayı 500 mini ötüb. Ona görə də hazırda səfərbərliyin ikinci dalğasına ehtiyac yoxdur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir