“Pulsuz müalicə-profilaktik yeməklərin rasionu və vitaminli preparatların tərkibi”ndə dəyişiklik edilib.
Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı səhiyyə naziri müvafiq qərar imzalayıb.
Belə ki, “Pulsuz müalicə-profilaktik yeməklərin rasionu və vitaminli preparatların tərkibi”nə aşağıdakı məzmunda əlavə edilib:
Qara metallurgiya istehsalı sahəsində vitaminli preparatların tərkibi:
A vitamini – 2 mq
B1 vitamini (tiamin) – 3 mq
B2 vitamini (riboflavin) – 3 mq
Yeyinti sənayesi istehsalı sahəsində vitaminli preparatların tərkibi:
çörək bişirmə istehsalı sahəsi üzrə:
C vitamini (askorbin turşusu) – 150 mq
PP vitamini (niasin turşusu) – 20 mq
tütün-maxorka istehsalı və tütün-maxorka tozundan nikotin istehsalı sahələri üzrə:
B1 vitamini (tiamin) – 2 mq
C vitamini (askorbin turşusu) – 150 mq.