Priqojinin qiyam qaldırmağının səbəbi açıqlanıb

“Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaqdan imtina etdi, bundan sonra bu strukturun xüsusi əməliyyat zonasında iştirakına xitam verildiyi barədə ona xəbərdarlıq edilib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov bildirib.

O, qiyama cəhddən bir neçə gün öncə Müdafiə Nazirliyinin döyüş tapşırıqlarını yerinə yetirən bütün birləşmələrin nazirliklə müqavilə imzalamalı olduğunu elan etdiyi barədə xatırlatma edib.

“Hər kəs bu qərarı icra etməyə başladı, Cənab Priqojindən başqa hər kəs..”, -deyə deputat qeyd edib.

Onun sözlərinə görə, sonra Priqojinə məlumat verilib ki, bu halda “Vaqner” xüsusi hərbi əməliyyatda iştirak etməyəcək, yəni, heç bir maliyyə və ya maddi vəsait ayrılmayacaq.

“Bütün bunlardan sonra aşağıdakılar baş verdi: əvvəla, pul, ikincisi axmaq və hədsiz ambisiyalar, üçüncüsü həyəcanlı vəziyyət. Bütün bunlar birlikdə vətənə xəyanət cəhdi və yoldaşlarının aldadılması ilə nəticələndi”, – deyə Kartapolov qiyamın səbəblərdən danışarkən diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir