Priqojinin ölümü rəsmən təsdiqlənib

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin və komandir Dmitri Utkinin cəsədləri morqda tanınıb və onların ölümü rəsmən təsdiqlənib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov “Telegram”da yazıb.

Onun sözlərinə əsasən, Priqojin və Utkinin cəsədləri xüsusi əlamətlər sayəsində tanınıb.

Qeyd edək ki, ötən gün Rusiyanın Tver vilayətində biznes təyyarəsi qəzaya uğrayıb və ilkin məlumatlara əsasən, təyyarədə 7 nəfər olub.

Sərnişinlərin bir neçəsinin cəsədləri ağır formada yandıqları üçün hələlik müəyyən edilmədiyi, biomaterialın artıq genetik test üçün Moskvaya göndərildiyi bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir