“Vaqner” özəl hərbi dəstəsi Moskva şossesində onlara hücum edən helikopteri məhv edib.
Azinformasiya.az xəbər verir ki, bunu “Vaqner” şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib.
O, 25 min döyüşçünün hər birinin ölməyə hazır olduğunu söyləyib.
“Hər kəsə bir daha xəbərdarlıq edirəm: Biz bunu təhlükə kimi qəbul edib ətrafdakı hər şeyi məhv edəcəyik. Bizi məhv etmək olmaz. Hədəflərimiz var, hər birimiz ölməyə hazırıq”, – deyə o diqqətə çatdırıb.
Azinformasiya.az