Prezidentin Zəngilandakı xüsusi nümayəndəsi kimdir?

Bu gün Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan və işğaldan azad edilmiş Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Təyin edilən şəxs isə Vahid Rasim oğlu Hacıyevdir.

O, bundan öncə Azərbaycanın kənd təsərrüfatı üzrə ixtisaslaşan böyük şirkətlərindən biri – “Agro Dairy” MMC-nin Baş icraçı direktoru idi.

Vahid Hacıyev 2020-ci ilin aprelindən bu şirkətdə çalışırdı. Banker.az artıq onunla bağlı həmin tarixdə məlumat vermişdi.

V.Hacıyev 13 il isə neft şirkəti “BP Azerbaijan”də müxtəlif yüksək vəzifələrdə çalışırdı. Onun sonuncu vəzifəsi son bir ildə bu neft şirkətində Ticarət Əməliyyatları Kəşviyyatı üzrə Biznes menecer, daha əvvəl isə aparat rəhbəri kimi çalışırdı.

“Agro Dairy” — Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biridir. Baş ofisi Bakıda yerləşir. Suvarma, əkin, tədarük və məhsul emalı ilə ölkənin Samux, Tovuz və Şəmkir kimi ərazilərində fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir