Prezident İlham Əliyev Məhərrəm Əliyev haqqında sərəncam imzalayıb.
Azinformasiya.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Abış oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah Prezidentin köməkçisi, Prezidentin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevin 70 yaşı tamam olacaq.