Prezident seçkilərini QHT-lərdən rekord sayda müşahidəçi izləyir

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini QHT-lərdən, vətəndaş cəmiyyətindən rekord sayda müşahidəçi izləyir.

 

Azinformasiya.az xəbər verir ki, prosesdə 83 QHT-nin 7000-ə yaxın seçki müşahidəçisi iştirak edir. Ötən prezident seçkiləri ilə müqayisədə QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı təxminən 4 dəfə artıb. Bir sıra QHT-lər koalisiyalarda birləşərək seçkiləri monitorinq edir.

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası, “Sivil Toplum” Monitorinq Koalisiyası, “Seçki Müşahidə və Təhlil Qrupu Koaliyası” bu qəbildəndir.

Bu 3 koalisiyada birləşən 9 QHT ümumilikdə, 1700-ə yaxın seçki müşahidəçisi ilə prosesə qatılıb.

Azərbaycan Milli QHT Forumu, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatı, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və onlarla digər QHT respublika üzrə seçki müşahidəçiliyi aparır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir