Ermənilərin zəbt elədikləri evlərimiz. İndi Üçüncü Ağalı kəndinin sakinləri yəqin ki, tanıyar bu ev kimindir. Gələsən, başqasının torpağını zəbt edəsən, insanları evsiz, eşiksiz qoyasan, sonra da onların evində yaşayasan, xarabalığa çevirəsən, sonra da deyəsən ki, bu, qədim erməni torpağıdır.
Saxtakarlar, oğrular, yalançılar, vəhşilər bizim torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıb. Bütün bu videosənədlər hüquqi müstəvidə bizim təzminat davamız üçün əşyayi dəlil kimi olacaq”.
Azinformasiya.Az xəbər verir bu sözləri Zəngilan rayonuna səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Üçüncü Ağalı kəndində olarkən deyib. Dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.