Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib.
Azinformasiya.az xəbər verir ki, Ağdərə rayonunun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil olunacaq.
Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuş və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünmüşdü.
1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilən Ağdərə rayonu 30 il ərazində Qarabağdakı xunta rejiminin nəzarətində qaldı. 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsində qazanılmış tarixi qələbə işğal altında olan ərazilərimizn azad edilməsi ilə nəticələndi. Erməni hərbi birləşmələrinin təslim olmağa məcbur edilməsi və tərksilah olunması 2023-cü il sentyabrın 20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində mümkün oldu və bununla da Azərbaycanın ərszi bütövlüyünün bərpası prosesi başa çatdı.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticısində Azərbaycan xalının qarısında duran ən böyük problem aradan qaldırıldı. İndi dövlət başçısı işğaldan azad edilmiş ərazilərin bərpasını prioritet vəzifə kimi müəyyənləşdirib və bu istiqamətdə ardıcıl tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin Ağdərə rayonunun yaradılması təşəbbüsü, məsələ ilə bağlı Milli Məclisə qanun layihəsi göndərməsi tarixi olan, davamlı iqtisadi, sosial və mədəni əlaqələrə malik ərazi vahidimizin bərpasının təmin edilməsi istiqamətində mühüm addımdır.
Azinformasiya.az