Prezident İlham Əliyev finlandiyalı həmkarına təbrik ünvanlayıb

Prezident İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubba təbrik məktubu ünvanlayıb.

 

Azinformasiya.az  xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Finlandiya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi və Sizinlə keçirdiyimiz görüşü xoş təəssüratlarla xatırlayıram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir