Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqlar var, bunlardan birincisi tarixi köklərimizdir.
Azinformasiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Baş naziri Viktor Orbanla mətbuata bəyanatında bildirib.
Azərbaycan Prezidenti deyib ki, Macarıstan xalqının tarixi köklərinə bağlı olduğunu bilir: “Ölkələrimizin əhalisinin sayının təxminən eynidir, ölkələrimizin ərazisi də təxminən bir-birinə yaxındır. Oxşarlıqlardan digər birinə gəlincə, Siz qeyd etdiniz ki, Macarıstanın açıq dənizlərə çıxışı olmayan ölkədir.
Azərbaycan da elədir. Azərbaycan Xəzər dənizi sahilindədir, bizim də açıq dənizlərə çıxışımız yoxdur. Qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eləyik. Oxşarlıqlar da qarşılıqla anlaşma üçün gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik”.
Azinformasiya.az