“Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, əziz kahramanmaraşlılar, sizə Azərbaycan xalqının ən səmimi salamını çatdırıram”.
Azinformasiya.az xəbər verir ki, bunu Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Azərbaycan Prezidenti deyib ki, Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi: “İlk gündən qardaşlıq borcunu yerinə yetirmək üçün 10 minlərlə azərbaycanlı Bakıda, müxtəlif şəhərlərdə humanitar yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq yardımını göstərməyə başladı”.
Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan xilasediciləri 53 nəfəri dağıntılar altından sağ çıxarıb, azərbaycanlı həkimlər 3000-dən çox şəxsə tibbi yardım göstərib.
Azinformasiya.az