Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib.

Azinformasiya.Az-ın xəbərinə görə, tədbirdə Gürcüstanın Prezidenti Salome Zurabişvili, Albaniya Prezidenti İlir Meta, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç və digər ölkələrin yüksək vəzifəli şəxsləri iştirak edirlər.

Forum hazırda çıxışlarla davam edir.

10:14

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu başlayıb.

Azinformasiya.Az-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

Dövlət başçısı tədbirdə nitq söyləyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir