Azərbaycan 10 ildən artıqdır ki, beynəlxalq kosmos klubunun üzvüdür. Bu gün bizim iki telekommunikasiya və bir Yer səthinin müşahidəsi peykimiz var.
Azinformasiya.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında söyləyib.
“Biz bu sahəni Azərbaycanda inkişaf etdirməyə davam edirik”, – dövlət başçısı bildirib.
Azinformasiya.az