Prezident Honkonqdakı yanğınla bağlı Si Cinpinə başsağlığı verib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib.

 

Azinformasiya.az  xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Honkonqda yerləşən yaşayış kompleksində baş vermiş güclü yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.

Qeyd edək ki, Honkonqdakı yaşayış kompleksində yanğında ölənlərin sayı 128-ə çatıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir