Prezident Etibar Mirzəyevi təltif etdi

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Azinformasiya.Az-ın məlumatına görə, mükafata layiq görülənlər arasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də var.   E. Mirzəyev “İgidliyə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Türkiyədə meşə yanğınlarının söndürülməsində və fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşları təltif ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir