“Məhz biz Şuşanı noyabrın 8-də azad edəndən sonra Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara daha baha başa gələcək. Halbuki əgər onlar müharibənin ilk günlərində dediyim sözlərimə əməl etsəydilər və bizə işğal edilmiş torpaqlardan onların çıxarılmasının tarixini, cədvəlini versəydilər, müharibə daha tez dayana bilərdi”.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
“Mən müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin, nə vaxt torpaqlarımızdan çıxır və həmin an biz müharibəni dayandırmağa hazırıq. Belə də oldu. Ancaq məcburən bunu etdilər. Qırx dörd gün ərzində tamamilə məhv edilmiş Ermənistan ordusu və Ermənistan dövləti faktiki olaraq uçurum kənarında idi. Məcburən noyabrın 10-da kapitulyasiya aktı imzaladı”, – dövlət başçısı bildirib.