“Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür. Necə köçürülübdür? Hansı məqsədlərə köçürülübdür? Hamısını biz dünya ictimaiyyətinə təqdim etdik. Sübutlarla, faktlarla”.
“AZİNFORMASİYA.AZ” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
“Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzli Azərbaycan torpağıdır. Beynəlxalq hüquq norma və prinsipləri əsasında bu məsələ öz həllini tapmalıdır”, -deyə ölkə başçısı əlavə edib.