“Şəhidlərimizin anım günündə bir daha demək istəyirəm əgər biz görsək erməni faşizmi baş qaldırıb yeni təhlükə mənbəyi yaranırsa, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik”.
Azinformasiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib ki, müharibənin rəmzi olan dəmir yumruq hər zaman yerindədir: “Anım günündə I və II Qarabağ müharibəsi şəhidlərinə Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq.
Bu qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı artıq dastana çevrilib. Bir daha demək istəyirəm ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”