Prezident Azərbaycanla Slovakiya arasında fəal dialoqdan məmnunluğunu bildirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Slovakiya parlamentinin sədri Boris Kolları qəbul edib.

 

Azinformasiya.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında fəal dialoqun həyata keçirilməsindən məmnunluğunu bildirib.

Dövlət başçısı, Boris Kolların səfərinin əməkdaşlığın perspektivləri ilə bağlı müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafı üzrə müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını deyib.

Prezident İlham Əliyev, Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirib, bunu ölkələrimiz arasında əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir