“Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” kimi regional kommunikasiya layihələrinin həyata keçirilməsinə mühüm töhfə verir”.
Azinformasiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, bu gün Bakı dəniz limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona çatdırıla bilər.
“Bu ilin ilk 7 ayı ərzində Azərbaycan ərazisindən tranzit 50 %-ə yaxın artıb. Azərbaycan 52 gəmi olmaqla Xəzər hövzəsində ən böyük mülki yük donanmasına malikdir. Bakı Gəmiqayırma Zavodu istənilən növ gəmilər istehsal edə bilər. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolları, 1400 kilometr dəmir yolları tikilib və ya əsaslı təmir edilib”, – Prezident vurğulayıb.