Prezident Arzu və Leyla Əliyevaları COP29-da fəal iştiraklarına görə təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanı COP29-da fəal iştiraklarına görə “Təşəkkürnamə” ilə təltif edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Arzu və Leyla Əliyevalar “Instagram”da paylaşım ediblər.

Leyla Əliyeva paylaşımında “Şadam ki, COP29-da, bir çoxları kimi, mənim də əməyimə yüksək qiymət verilib”, – yazıb.

Arzu Əliyeva isə “Sevinirəm ki, COP29-da mənim də zəhmətim diqqətə layiq görülüb və yüksək qiymətləndirilib”, – deyə qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir