Polşada terror aktı törətməyi planlaşdıran şəxs saxlanılıb.
Azinformasiya.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili Təhlükəsizlik Agentliyi məlumat yayıb.
Təhlükəsizlik Agentliyinin məlumatına əsasən, 18 yaşlı polşalı iyun ayında ölkənin cənubunda saxlanılıb, o, partlayıcı kəmər hazırlamaq üçün məlumat və məhsullar toplayıb. Saxlanılan şəxs islamçı yaraqlılarla birgə hökumət binasını bombalamağı planlaşdırmaqda təqsirləndirilir.
“Saxlanılan Polşa Respublikasının vətəndaşı terror cinayəti törətmək məqsədi daşıyan mütəşəkkil cinayətkar qruplaşmada iştirakda təqsirləndirilib. Şəxs, eyni zamanda bir çox insanın həyatı və ya sağlamlığı və ya böyük ölçülü əmlakı üçün təhlükə yaradan hadisəni planlaşdırmaqda, partlayıcı maddələrdən istifadə etməkdə ittiham olunur”, Daxili Təhlükəsizlik Agentliyinin yaydığı məlumatda qeyd olunub.
Agentlik qrupun üzvləri haqqında əlavə təfərrüatlar vermədən və planlaşdırılan hücumun hədəfini açıqlamadan şəxsin terror planını İŞİD-i təmsil etdiyini söyləyən qrupla birgə hazırladığını bildirib.
Saxlanılan şəxsin 3 ay müddətinə istintaq təcridxanasında saxlanılacağı bildirilib.
Azinformasiya.az