Polşa yaxın günlərdə Ukraynaya dörd ədəd MiQ-29 göndərəcək

Polşa yaxın günlərdə Ukraynaya dörd ədəd MiQ-29 qırıcı təyyarəsi göndərəcək.

 

Azinformasiya.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında çıxışı zamanı Polşa Prezidenti Andjey Duda söyləyib.

Polşa dövlət başçısı hazırda ölkəsinin Silahlı Qüvvələrinin anbarlarında 10-dan çox bu tip qırıcı təyyarə olduğunu bildirib: “Yaxın bir neçə gün ərzində biz tam istismara yararlı dörd ədəd təyyarəni Ukraynaya göndərəcəyik”.

Duda, həmçinin digər qırıcı təyyarələrə hazırda texniki xidmət göstərildiyini və onların da istifadə üçün hazırlanaraq təhvil veriləcəyini qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir