Polşa Baş naziri: Ukraynadakı vəziyyət keçən illə müqayisədə bu gün daha çətindir

“Ukrayna çətin vəziyyətdə olsa da müharibənin əvvəlinə nəzərən yaxşı vəziyyətdədir”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bu vəzifəyə seçildikdən sonra beynəlxalq mediaya ilk müsahibəsində deyib.

Ukrayna cəbhəsindəki vəziyyətlə bağlı Polşa Baş naziri deyib ki, Ukraynanın pessimist ssenarilərdən yayınmağı bacarıb-bacarmayacağı Avropadan asılıdır.

O, eyni zamanda qeyd edib ki, Ukraynadakı vəziyyət bir il əvvəllə müqayisədə bu gün daha çətindir, ancaq həm də Rusiyanın Kiyevə hücumu etdiyi vaxtdan – “müharibənin əvvəlindən qat-qat yaxşıdır.

“Ola bilər ki, biz Ukraynadakı müharibə haqqında uzunmüddətli perspektivdə düşünməliyik. Bu, Avropa ölkələri üçün getdikcə daha çox yeni vəzifələr, məsuliyyət deməkdir. Ukraynanı mümkün olan ən yaxşı vəziyyətdə saxlamaq bizim marağımızdadır. Polşada hamı bundan xəbərdardır və bu, müzakirə mövzusu deyil”, – deyə Polşa Baş naziri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir