Politico: Tramp Baydenin NATO ilə bağlı niyyətindən yan keçə bilər

ABŞ prezident seçkilərində qalib gələn respublikaçı Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin dövründə tətbiq edilən qanundan yan keçə bilər. Hansı ki, bu qanun ABŞ-ın NATO-dan çıxması prosesini çətinləşdirir.

 

Azinformasiya.az  xəbər verir ki, Politico-nun yazdığına görə, bunun üçün o, hüquqi boşluqdan istifadə edə bilər.

Nəşr xatırladır ki, keçən il ABŞ qanun qəbul edib. Ancaq prezidentin ölkəni NATO-dan çıxarmaq qərarı Senatın üçdə iki səsi və ya Konqresin aktı ilə təsdiq edilməlidir.

Ancaq amerikalı hüquq ekspertlərinin fikrincə, Tramp müvafiq qərar qəbul olunarsa, prezidentin xarici siyasət sahəsində müstəsna səlahiyyətləri haqqında müddəadan istifadə edərək, Konqresdən yan keçməyə cəhd edə bilər.

Beləliklə, Vaşinqtonda yerləşən Brukinqs İnstitutunun eksperti Scott Anderson Bayden dövründə qəbul edilən qanunun “qüsursuz olmadığını” bildirir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir