Polad Bülbüloğlu Lavrovun müavini ilə üçtərəfli razılaşmaların icrasını müzakirə edib

Martın 31-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu arasında görüş keçirilib.

 

Azinformasiya.az xəbər verir ki, görüş əsnasında konstruktiv şəkildə ikitərəfli əməkdaşlığın inkişafının cari məsələləri nəzərdən keçirilib.

Eyni zamanda bir sıra aktual regional məsələlər, habelə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivləri də görüşdə müzakirə edilən məsələlər arasında xüsusi yer tutub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir