Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya nümayəndə heyəti ilə Türkiyədə danışıqlara yalnız Vladimir Putinin iştirak edəcəyi halda razılıq verə bilər.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak “RBK-Ukrayna”ya açıqlamasında bildirib.
“Əgər Putin orada yoxdursa, deməli, danışıqlar da olmayacaq. Qərarı prezident verəcək – belə bir halda hansısa müzakirənin aparılıb-aparılmayacağına o qərar verəcək. Lakin o zaman bu danışıqlar prezident səviyyəsində olmayacaq. Qeyd edim ki, prezident yalnız Putinlə danışa bilər. Çünki qərarları verən və məsuliyyət daşıyan şəxs odur. Qalan bütün proseslər sadəcə təbliğat xarakteri daşıyır”, – deyə Podolyak vurğulayıb.
Azinformasiya.az