Podolyak: Ukraynanı müdafiə etmək üçün 10-12 “Patriot” sisteminə ehtiyacımız var

Ukraynanın ölkə ərazisini qorumaq üçün 10-12 “Patriot” sisteminə ehtiyacı var.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “The Guardian“a müsahibəsində bildirib.

“Rusiyanın taktikası aydındır: onlar bizim hava hücumundan müdafiə sistemlərimizi alt-üst etmək üçün kütləvi dron hücumlarından istifadə edirlər, sonra isə paralel olaraq infrastrukturumuza hücum etmək üçün ballistik raketlərdən istifadə etmək imkanına malikdirlər. Bizdə Rusiyanın “Oniks” və “Dagger” kimi yeni nəsil raketlərini vurmaq üçün “Patriot” kimi müasir zenit sistemləri çatışmır. Bu sistemlərin çatışmazlığı səbəbindən biz ölkənin bütün ərazilərini müdafiə bilmirik”, – o söyləyib.

Podolyakın sözlərinə əsasən, Ukraynaya bütün ölkəni qoruya bilməsi üçün 10-12 “Patriot” və ya buna bənzər sistem lazımdır.

O, həmçinin qeyd edib ki, Odessaya son zərbələr hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinin həm iqtisadi, həm də mənəvi baxımdan düzgün addım olduğunu göstərib.

“Bütün bunları daha sonra bərpa etmək Cənubu qorumaq üçün “Patriot” sistemini təmin etməkdən daha bahalı olacaq”, – Podolyak diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir