Podolyak: Ukrayna ordusunda “Patriot” raket sistemlərinin vəziyyəti gərgindir

“Silahlı Qüvvələrin arsenalındakı “Patriot” raket sistemlərinin sayı ilə bağlı vəziyyət gərgindir”.

 

Azinformasiya.az xəbər verir ki, bunu “The Guardian“ nəşrinə Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib. O, həmçinin qeyd edib ki, ordu silah-sursat çatışmazlığı ilə də üzləşib. M. Podolyak deyib ki, Rusiya tərəfi elektrostansiyalara 10-12 ədəd raketlə eyni anda hücum etdiyindən “Patriot” sistemlərinin işində çətinliklər yaranır.

Ukrayna rəsmisi BMT-nin fəaliyyətindən də şikayətlənib: “Hücumlar eyni anda müxtəlif istiqamətlərdən həyata keçirilir. Bu zaman isə artıq “Patriot” effektivliyini göstərə bilmir. Hazırda biz əlavə hava hücumundan müdafiə sistemlərinə ehtiyac olub-olmadığını müəyyən etməyə çalışırıq. Qərb nəhayət anlamalıdır ki, Rusiya mülki əhaliyə qarşı da müharibə aparır. Rusiyanın zərbələri nəticəsində Avropanın nəhəng istilik elektrik stansiyalarından biri dağıdılıb. Ancaq indiyə kimi BMT Təhlükəsizlik Şurası bununla bağlı hər hansı qətnamə qəbul etməyib”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir