Pezeşkian: İrana qarşı aqressiyanın dayandırılması normallaşmanın əsas şərtidir

İran prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə vəziyyətin normallaşması üçün əsas şərtin aqressiyanın dayandırılması olduğunu bildirib.

 

Azinformasiya.az  Pezeşkianın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə o, Avropa Şurasının prezidenti Antoniu Koşta ilə telefon danışığında deyib.

“Vəziyyətin normallaşmasının yeganə yolu ABŞ və İsrailin aqressiyasının dayandırılmasıdır. Biz heç vaxt gərginlik və müharibə istəməmişik və müəyyən şərtlər, xüsusilə də aqressiyanın təkrarlanmayacağına dair zəmanətlər olduğu halda bu müharibəni bitirmək iradəsinə malikik”, – deyə Pezeşkian vurğulayıb.

O həmçinin qeyd edib ki, İranla ABŞ və İsrail arasında münaqişəyə hər hansı xarici müdaxilə təhlükəli nəticələrə səbəb ola bilər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir