Pezeşkian: Dost dövlətlərin xahişini nəzərə alaraq ABŞ-la danışıqlar aparmağa qərar verdik

İran Prezidenti Məsud Pezeşkian ABŞ-la mümkün danışıqların yalnız milli mənafe çərçivəsində aparılacağını bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, Pezeşkian bu barədə “X”-də bildirib.

O qeyd edib ki, regiondakı dost ölkələrin ABŞ Prezidentinin danışıqlarla bağlı təklifinə cavab verilməsi istiqamətində xahişlərini nəzərə alaraq xarici işlər nazirinə müvafiq göstəriş verib.

“Xarici işlər nazirinə tapşırdım ki, ancaq münasib atmosferin olduğu, təhdidlərin və məntiqsiz gözləntilərin olmadığı halda, izzət prinsipi, hikmət və məsləhət əsasında, milli mənafeyimiz çərçivəsində ədalətli danışıqlar üçün zəmin hazırlasın”, – Pezeşkian vurğulayıb.

Qeyd edək ki, “Axios”un yaydığı məlumata əsasən, İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında İstanbulda görüşün keçirilməsi planlaşdırılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir