Deputat Qüdrət Həsənquliyev Azərbaycanda peyvəndlənmə yaşının aşağı salınmasını təklif edib.
Azinformasiya.Az xəbər verir ki, millət vəkili parlamentdə bildirib ki, son günlər koronavirusdan ölənlərin sayı artır: “Vətəndaşların bir qrupu peyvənd olunmaqdan imtina edir. Bundan əlavə, təklif edirəm ki, peyvənd olunmayanlar müalicə xərclərini özləri çəkməlidir”.
Deputat Qənirə Paşayeva isə İcbari Tibbi Sığorta sistemində bəzi xəstələrə illik limitin dolması ilə bağlı verilən cavabların narazılıq yaratdığını bildirib: “Xəstə əməliyyat üçün müraciət edir, ona deyirlər ki, illik limit dolub. Axı elə xəstəliklər var ki, bunlar ağır xəstəlikdir. Ona dözmək olmur. Bu limit məsələsi aydınlaşdırılmalıdır”.