Peter Mixalko Ukraynaya yardıma görə Azərbaycana təşəkkür edib

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Ukrayna tərəfinin müraciəti əsasında Prezident İlham Əliyevin tapşırığı ilə bu ölkəyə yardım göndərilməsinə görə təşəkkür edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Peter Mixalko “Twitter”-də paylaşım edib.

“Ukraynaya növbəti humanitar yardım göndərən Azərbaycana dərin təşəkkür və minnətdarlığımızı ifadə edirik! Bu, dəhşətli cinayətin – Kaxovka bəndinin dağıdılmasının nəticələrini aradan qaldırmağa kömək edir”, – deyə Peter Mixalko yazıb.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri təcavüzkarların cavab verəcəyini, mülki infrastrukturun məhv edilməsinin müharibə cinayəti olduğunu bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir