Ukrayna qoşunlarını Donbasdan tamamilə çıxarmalıdır.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Ukrayna hərbi əməliyyatlara son qoymaq üçün qoşunlarını Donbasdan çıxarmalıdır.
Ukrayna qoşunlarının çıxarılması tələbinin Zaporojye və Xerson vilayətlərinə də aid olub-olmadığı ilə bağlı suala cavab olaraq Putinin sözçüsü qeyd edib ki, Moskva sülh planının konkret müddəalarını müzakirə etməyi planlaşdırmır.
Azinformasiya.az