Peskov Trampın Ukraynanın Rusiyanın bir hissəsi ola biləcəyi ilə bağlı sözlərinə münasibət bildirib

ABŞ prezidenti Donald Trampın ştatdankənar müşaviri adlandırılan Stiv Uitkoffun Moskvaya gəlməsi ilə bağlı Kremlin məlumatı yoxdur.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Uitkoffla ilə heç bir təmas planlaşdırılmır.

Peskov Trampın Ukraynanın Rusiyanın bir hissəsi ola biləcəyi ilə bağlı sözlərinə də münasibət bildirib. “İstənilən hadisə 50/50 ehtimalla baş verir – ya hə, ya da yox”, deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov, həmçinin qeyd edib ki, Rusiya ilə ABŞ arasında təmaslar müəyyən kanallar vasitəsilə həyata keçirilir və bu təmaslar intensivləşib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir