Peskov: Rusiyada NATO ilə qarşıdurmanın tərəfdarları yoxdur

“Rusiyada NATO ilə qarşıdurmanın tərəfdarları yoxdur”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Almaniya müdafiə naziri Boris Pistoriusun NATO ilə Rusiya arasında müharibənin 2028-ci ildə başlaya biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə əsasən bu cür militarist və müharibə tərəfdarı ritorika Avropa paytaxtlarından getdikcə daha çox eşidilir.

“Rusiyada NATO ilə qarşıdurmanın tərəfdarları yoxdur. Ancaq biz məcburuq və qanuni maraqlarımızı təmin etmək üçün tədbirlər görməliyik. Bu, NATO ölkələrinin militarist ritorikasında fikir ayrılıqları ilə bağlıdır. Bu cür açıqlamalar vəziyyəti ən yaxşı şəkildə əks etdirir”, – Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Almaniyanın müdafiə naziri Boris Pistorius NATO ilə Rusiya arasında müharibənin 2029-cu ilə qədər başlaya biləcəyini açıqlayıb. Onun sözlərinə əsasən, əvvəlcə silahlı münaqişənin 2029-cu ildə başlaması gözlənilirdi, ancaq indi bəzi hərbi ekspertlər bunun 2028-ci ildə baş verə biləcəyinə inanırlar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir