Peskov: Rusiya Ukraynanın Moskvadakı səfirliyi ilə bağlı müvafiq tədbirlər görəcək

Rusiya Ukraynanın Moskvadakı səfirliyi ilə bağlı müvafiq tədbirlər görəcək.

 

Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib.

Putinin sözçüsü Kiyevin Rusiya səfirliyi ilə icarə müqaviləsini ləğv etməsinə Rusiyanın mümkün cavabı ilə bağlı danışarkən qeyd edib ki, Ukraynanın diplomatik missiyasının tərkibində torpaq var və bununla əlaqədar müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, Kiyev şəhər şurası Rusiya səfirliyinin binasının yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsini ləğv edib və Ukrayna hökumətini binanı müsadirə etməyə çağırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir