Peskov: “Rəsmi Moskva Bakı-İrəvan görüşünü müsbət qiymətləndirir”

“Rəsmi Moskva Bakı ilə İrəvan arasında Brüsseldə keçirilən danışıqları müsbət dəyərləndirir”.

Azinformasiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Azərbaycan və Ermənistan liderlərinin öz ölkələrinin xarici işlər nazirlərinə sülh müqaviləsi üzrə danışıqlara başlamağı tapşırmasını şərh edən Kreml rəsmisi söyləyib ki, bu uzun sürən prosesdir: “Bunun çox uzun proses olduğu aydındır. Ancaq belə bir sənədin imzalanması istiqamətində irəliləyiş özlüyündə çox müsbət faktdır və alqışlanmağa layiqdir”.

Qeyd edək ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşü olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir