Peskov Putinin Telegramdan istifadə etməməsinin səbəbini açıqlayıb

Rusiya Prezidenti Vladimir Putinin Telegram kanalına ehtiyacı yoxdur, onun hər hərəkəti bütün dünya tərəfindən izlənilir və o, pıçıltı ilə danışsa belə, hamı onu dinləyir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Səndən, məndən fərqli olaraq, o, hər hərəkəti bütün dünya tərəfindən izlənilən bir insandır. O, pıçıltı ilə danışsa, hamı onu dinləyir. Telegramda kanal ona niyə lazımdır?!” – deyə Putinin sözçüsü qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir