Peskov: Putin və Si Cinpin Moskva vaxtı ilə 16:30-da görüşəcəklər

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə bu gün günün ikinci yarısından sonra söhbətə başlayacaq.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Günortadan sonra, təxminən, Moskva vaxtı ilə saat 16:30-da prezident Putinin bugünkü fəaliyyətinin beynəlxalq hissəsi davam edəcək və bu, Si Cinpinlə bağlı olacaq”, – deyə Kremlin sözçüsü qeyd edib.

Peskov liderlər arasında təkbətək söhbət olacağını və söhbətin qeyri-rəsmi naharda davam edəcəyini bildirib. “Bu gün Putin və Si Cinpin arasında qeyri-rəsmi, lakin birbaşa və çox vacib ünsiyyət olacaq”, – deyə Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir