Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov oğlu Nikolayın Ukraynadakı müharibədə iştirak etdiyini təsdiqləyib.
Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə geniş açıqlama verməyib.
“Nikolay vaxtı ilə Rusiya Silahlı Qüvvələrində xidmət edib. Öz borcunu yerinə yetirib. İndi də belə bir qərar verib. Lakin mən bu haqda daha çox danışmaq istəmirəm”, – D.Peskov vurğulayıb.
Azinformasiya.az