NATO faktiki olaraq Ukraynadakı münaqişəyə tam cəlb olunub. Artıq bunu öz adı ilə demək lazımdır.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml rəsmisinin sözlərinə əsasən, NATO qarşıdurma alyansı kimi mahiyyətini yenidən “çox qabarıq şəkildə” təsdiqləyib.
NATO-nun Ukraynanı qəbul etmək planları Rusiyanı məğlub etmək istəyi ilə bağlıdır. Rusiya Federasiyası NATO-nun hərbi infrastrukturunun öz sərhədlərinə doğru hərəkətinin davam etdiyini görür. NATO-nun hərəkətləri Rusiya Federasiyası tərəfindən alyansa qarşı təsirli tədbirlər tələb edəcək”, – deyə Peskov vurğulayıb.
Rusiya dövlət başçısının sözçüsü nüvə doktrinasına düzəlişlərlə bağlı müzakirələrin davam etdiyini, ancaq bunun Qərbi yeganə çəkindirmə üsulu olmadığını deyib.
Azinformasiya.az