Peskov: Kreml Yaxın Şərqlə bağlı “ABŞ-ın sülh planı” haqqında məlumatların nə dərəcədə etibarlı olduğunu bilmir

Kreml Yaxın Şərqlə bağlı “ABŞ-ın sülh planı” haqqında məlumatların nə dərəcədə etibarlı olduğunu bilmir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, İran Moskvaya belə bir məlumat ötürməyib.

“Xeyr, iranlı dostlarımız bizə bu cür məlumat ötürməyiblər. Bu məlumatların nə dərəcədə etibarlı olduğunu bilmirik”.

Qeyd edək ki, “New York Times” qəzeti ABŞ-ın İran hakimiyyətinə Yaxın Şərq münaqişəsinə son qoymaq üçün 15 maddəlik plan göndərdiyini yazıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir