Peskov: Kreml Şoltsun Ukrayna ilə bağlı “sülh planı”nı mediadan eşidib

Kreml Almaniya Kansleri Olaf Şoltsun Ukrayna ilə bağlı “sülh planı” haqqında mediadan eşidib və təfərrüatları bilmir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Rusiya Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı heç bir variantı əvvəlcədən rədd etmir.

“Biz KİV-dəki xəbərlərindən başqa heç nə bilmirik. Deyilənlərə görə, hansısa plan hazırlanır. Lakin orada hansı detallardan söhbət getdiyini bilmirik. Biz əvvəlcədən heç bir planı rədd etmirik, ancaq orada nədən söhbət getdiyini anlamalıyıq”, – Kreml rəsmisi vurğulayıb.

Qeyd edək ki, “La Repubblica” nəşri Şoltsub Ukrayna ərazilərinin bir hissəsinin Rusiyaya verilməsini istisna etməyən bir növ yeni Minsk razılaşması olan Ukraynada sülh yolu ilə nizamlanma üçün öz planını hazırladığı barədə məlumat yayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir