“Moskva atəşkəs və ya döyüş meydanında möhlət tələb etmək üçün hər hansı bir bəhanəni rədd edir”.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynada ərazi referendumunun keçirilməsi ideyasını şərh edərkən deyib.
“Əgər ideya atəşkəs, möhlət, cəbhədə fasilə tələb etmək üçün bəhanə yaratmaqdırsa, təbii ki, bu keçməyəcək”, – Kremlin sözçüsü bildirib.
Onun sözlərinə əsasən Rusiya Ukrayna münaqişəsinin nizalanmasında atəşkəsə yox, sülhə səy göstərir.
Peskov vurğulayıb ki, atəşkəs növbəti aldatma və beyinləri yumaqdır: “Biz atəşkəs üçün deyil, sülh üçün çalışmaq istəyirik. Sülh lazımdır”.
Azinformasiya.az