Peskov: ABŞ-ın İrana mümkün zərbəsi regionda ciddi qeyri-sabitliyə yol aça bilər

İrana mümkün zərbə regionda ciddi qeyri-sabitlik demək olardı.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, ABŞ-ın İrana mümkün hərbi hücumu regionda qeyri-sabitliyə doğru daha bir addım olacaq.

Kremlin sözçüsü Moskvanın İran məsələsində bütün maraqlı tərəfləri təmkinli olmağa çağırdığını söyləyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir