Peruda ölümlə nəticələnən avtobus qəzası baş verib

Peruda 76 sərnişini daşıyan şəhərlərarası avtobus ölkənin paytaxtı Limaya gedərkən çaya düşüb. Hadisəni görənlər qəzanın avtobusa çırpılan yük maşını tərəfindən törədildiyini desələr də, hüquq-mühafizə orqanları hələlik bu məlumatı təsdiq etmir.

 

Azinformasiya.az ölkə mətbuatına əsasən xəbər verir ki, ilkin məlumatlara əsasən, azı 10 nəfər ölüb, daha 25 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin bəzilərinə ən yaxın xəstəxanada tibbi yardım göstərilib. Xüsusi müalicəyə ehtiyacı olan 12 nəfər Limaya aparılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir